Sumqayıtda yol niyə ÇÖKDÜ? – Rəsmi cavab

Ötən gün axşam saatlarında Sumqayıtın 20-ci məhəlləsi, Kamran Hüseynov küçəsində yol çöküb.

Xəbərlə.com xəbər verir ki, həmin istiqamətdə avtomobillərin hərəkəti dayanıb və alternativ yoldan istifadə edilir. Aidiyyəti qurumlar əraziyə baxış keçirib.

Sumqayıt Sukanal idarəsinin rəis müavini Qurban Mikayılov bildirib ki, magistral yolun altından keçən və 1950-ci ildə istismara verilmiş və istismar müddətini keçmiş 600 millimetr diametrli kanalizasiya borusu partlayıb və bu da yolun dağılmasına gətirib çıxarıb:

Bu boruların 30-35 il ömrü var. Deformasiyaya uğrayıblar. Ümumiyyətlə şəhərdə belə çətinliklərimiz var. Bu küçədə bir neçə il bundan qabaq da yol çöküb. Yaxın zamanda yaranan problem aradan qaldırılacaq və avtomobillərin hərəkəti bərpa olunacaq.”






Fikirlər