ŞOK!! Fərqanə Xəzər TV-nin qarşısından xarici maşına mindirilib QAÇIRILDI - FOTO

Xəbər verildiyi kimi, Bakıda 2 yaşlı Anjelikanın üzərinə beznin tökülüb. Nəticədə azyaşlı tanınmaz hala düşüb və əməliyyat üçün Türkiyəyə aparılıb.

Yandırılan 2 yaşlı Anjelikanın bibisi Fərqanə "Səni axtarıram" verilişin başlamasına 1 saat qalmış iki xarici maşın vasitəsilə Xəzər televiziyasının önündən qaçırılıb.

 "AzerTaym.az" BiG.AZ-a istinadən xəbər verir ki, bu barədə aparıcı Xoşqədəm Hidayətqızı məlumat verib.

Aparıcı bildirib ki, Fərqanə verilişin başlanmasına 1 saat qalmış 2 xarici maşın vasitəsi ilə qaçırılıb: "O, bu gün gizli qalan məqamlara aydınlıq gətirəcəkdi. Bunun qarşısını almaq üçün qaçırılıb. Onun danışmasını istəməyənlər var. Onu verilişə 1 saat qalmış mən çağırmışdım. Ona demişdim ki, saat ikidə televiziyada ol. Bu ölkə qanunlarla idarə olunur. Hansısa vətəndaş o şəkildə qaçırılmır. Mən təhlükəsizliyimin təminatını istəyirəm. Qızın qışqırıqları lentə alınıb. Fərqanənin həyatı üçün narahatam".

Şok! Fərqanə Xəzər TV-nin qarşısından xarici maşına mindirilib QAÇIRILDI - FOTO

Məlum olub ki, Anjelika Gəncədə Sevinc qəsəbəsində deyil, Yevlaxda fermada yandırılıb.

Qeyd edək ki, 2 yaşlı Anjelika ailə münaqişəsi nəticəsində yandırılıb. Uşağın bilərəkdən yandırıldığı və ya səhlənkarlıq üzündən yandığı ehtimal edilir. Körpənin müalicəsinə tələb olunan vəsaitin bir hissəsi ( 21 min dollar - təxminən 30 min manat) "Uşaqların xoşbəxt gələcəyi" qeyri-hökumət təşkilatının rəhbəri Nərgiz Babayeva-Kərimovanın səyi nəticəsində toplanıb.






Fikirlər