"Səni axtarıram" bir daha olmayacaq" - Xoşqədəm
"AzerTaym.az" xəbər verir ki,Axşam.az-ın məlumatına görə, lent.az-a açıqlama verən aparıcı bir çox məsələlərə də aydınlıq gətirib:
“Biz müəllif hüquqlarını çox yaxşı bilirik. Bilirsiniz ki, mənim vəkillərim də bu məsələ ilə məşğuldur. Vəkillərimlə bu mələlərlə bağlı məsləhətləşmələrimiz olub. Mən mətbuat konfransında demişdim, anons etmişdim, yenə də deyirəm; tam yeni bir formatda, həftənin 5 günü, - bazar günü də daxil olmaqla - bir verilişlə ekranda olacağıq. Amma mən ümid edirəm ki, Vüqar Qaradağlı milyonlarla insanların ümid yeri kimi baxdığı, axtarışlarını bitəcəyi anı gözləyən, atasını, anasını, qohumlarını axtaran insanların göz yaşlarını gözü önünə gətirəcək. Çünki bu şou layihəsi deyil. Bu hansısa pula, paraya xidmət edən layihə deyil. Bu layihə insanlara xidmət etmək üçün mənim tərəfimdən 5 il öncə yaradılmış layihədir. Mənim halal haqqımı verilmədi. Bu, öz yerində. Amma Vüqar Qaradağlının minlərcə insanın ümid yeri kimi baxdığı bir proqramdan imtina edəcəyinə əminəm. Ümid edirəm ki, onun da ətrafında, ən azı ailəsində bir ağsaqqal var ki, başa salacaq ki, ay oğul, sən burda bir qadına qarşı mübarizə aparırsan. Bu gün mən 83 yaşlı bir qadının çəkilişindən gəlirəm. 35 ildir ki, oğlunu axtarır. Ölüm ayağındadır. Bu çəkilişdən sonra göz yaşımı saxlaya bilmədim. Bu cür anaların ahı, naləsi, göz yaşı... Nə bilim vallah. Bunları nəzərə almamaq düzgün deyil. Ümid edirəm ki, o, bu göz yaşlarını nəzərə alacaq. Bu dünyanın, o dünyası da var. Pulumuz da ola bilər, zəngin də ola bilərik. Hər şey ola bilər. Amma bu pul, para üçün yaradılan layihə deyil. 5 il öncə mən tərəfindən yaradılan və insanlara xidmət etmək üçün nəzərdə tutulan layihədir. İndi müqaviləni sən pozmusan. ( red. Vüqar Qaradağlını nəzərdə tutur) Mən pozmamışam. Sən demisən ki, milli mənəvi dəyərlərə ziddir. Bu da gülməlidir. Azərbaycanın elə bir professoru, alimi, millət vəkili olmayıb ki, dəfələrlə o proqramda qonaq olmasın. Yaxşı, bu milli, mənəvi dəyərlərə zidd olan proyektə gələn o ziyalılar görəsən niyə etirazını bildirmirdi? Mən anlaya bilmirəm ki, milli, mənəvi dəyərlərə ziyan vuran layihə deyəndə nəyi nəzərdə tuturlar? “Ümid var” verilişi ilə mənim verilişimin müqayisə edilməsi isə sadəcə gülüncdür. Adı çəkilən verilişdə bilirsiniz ki, nələr yayımlanmışdı. Bir kişinin həyat yoldaşının başqa bir insana xəyanət etdiyi anın videosu nümayiş olunmuşdu. Mən həmin verilişə baxmamışam. Amma yazılanlardan oxumuşdum ki, efirdə onların qeyri-rəsmi yaşadıqları göstərilmişdi. Allah eləməsin, bizim proqramda elə şeylər göstərilsin. Bunu mən göstərmərəm. Əgər elə bir şey göstərsəydim, həmin gün mətbuatdan gedərdim. Biz öz yolumuza davam edirik."
Mətbuat konfransında dediyim sözü təkrar edirəm: “Səni axtarıram” adını brendləşdirən beyin, baş, güc Xoşqədəm burdadır. Komandası da yanındadır. Heç nə dəyişməyib. “Səni axtarıram” adını mənə vermir, verməsinlər. Canları sağ olsun. Allah razı olsun. Nə deyə bilərəm artıq? O ki qaldı hüquqi tərəfə, biz bilirik. Bildiyimiz üçün də ANS-dəyik”.
Daha sonra X.Hidayətqızı onu da əlavə edib ki, yeni veriliş “Səni axtarıram” adı ilə yayımlanmayacaq: “Yeni veriliş mənim adımla bağlı olacaq. Oktyabrın 1-ə qədər biz gözləyəcəyik. Canı sağ olsun Qaradağlının. Mən bu işə nə pul üçün getdim, nə də başqa nələrəsə görə. Mən 83 yaşlı nənələrin göz yaşı üçün bu işə getdim. Onların ahı, naləsi mənim üstümə tökülməsin. Ümid edirəm kİ, Vüqar müəllim də bu yazını oxusa, fikirləşəcək ki, mən bunu Xoşqədəm üçün etmirəm. Bu, Xoşqədəmə verilən bir haqq deyil. Minlərlə qızını, ərini, anasını, atasını gözləyən insanlara verilən haqdır. Yeni verilişimin adını deyə bilmərəm. Sabahdan anonslar yayımlanacaq”.