NƏCMƏDDİN SADIQOV RUSİYADA ƏBƏDİLƏŞDİ - ŞOK!!
Silahlı Qüvvələrin baş qərargah rəisi Nəcməddin Sadıqovla bağlı hamını şoka sala biləcək dəlilləri təqdim edirik. Qeyd edək ki, milliyyətcə ləzgi olan bu şəxsin adı dəfələrlə separatçılarla birgə fəaliyyətdə və ya Rusiya kəşfiyyatının adamı olmaqda hallansa da bu günə kimi ona «gözün üstə qaşın var» deyən yoxdur. "AzerTaym.az" bildirir ki,bu barədə DİA.AZ-a daxil olan məlumatda deyilir. DİA.AZ olaraq bu mübhəm suallara cavab tapmağı oxucuların ixtiyarına buraxırıq...
Əvəzində isə general-polkovnik Nəcməddin Sadıkovun cəmiyyəti təəccübləndirməkdə davam edir. Nəcməddin Sadıqova gah Rusiya Müdafiə Nazirliyinin Əks Kəşfiyyat İdarəsinin nəzarətindəki fondun dəstəyi ilə Dağıstanın milli qəhrəmanı adı verilir, gah adına məktəb qoyulur, gah büstü ucaldılır, gah adına təqaüd təsis edilir, gah da Dərbənd kücələrinin birinə baş qərargah rəisinin adı verilir. Sözsüz ki, bütün bunlar Sadıqovun “qara qaşına, göy gözünə görə verilmir”. Əslində bu Azərbaycanın dövlətçiliyi adına normal hadisə sayıla bilməz, milli hissiyatımıza həqarətlə bərabər, həm də təhlükəsizliyimizi təhdid edən bir olaydır. Lakin təəssüf ki, bu hadisələr görməzdən gəlinir və nəticədə status-kvo davam etməkdədir. Belə ki, Nəcməddin Sadıkov Rusiya kəşfiyyatının “milli qəhrəman”ı olaraq qalır, Azərbaycanın Müdafiə Nazirliyinin Baş Qərargah rəisi vəzifəsini icra edir və üstəlik, adının ətrafında yeni olaylar çıxarmağa davam edir…
İndi isə sizə əlmizdəki faktları təqdim edək. Buyurun baxın - Müdafiə Nazirliyinin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkovun adına verilmiş Dərbəndin mərkəzi küçələrindən birinin şəkilləri.
İndi isə başqa bir web-fotoya baxın. Burada Nəcməddin Sadıkovun adına olan küçənin indeksindən tutmuş yerinə qədər bütün məlumatlar var. Maraqlananlar google-yə girib rus dilində (ул. Генерала Садыкова) yazıb bütün məlumatları əldə edə bilərlər.
Məlumatlara görə N.Sadıkovun adına küçə verilməsi böyük törənlə qeyd olunub və hətta baş qərargah rəisi şəxsən həmin tədbirdə iştirak edib…
Əlbəttə, Azərbaycan Müdafiə Nazirliyinin Baş Qərargah rəisinin Dağıstanın “Milli Qəhrəman”ı elan olunması, Dərbənddəki oxuduğu orta məktəbin qarşısında büstünün qoyulması, daha sonra şəhərin ən böyük küçələrindən birinə onun adının verilməsi səbəbsiz deyil. Bizi maraqlandıran odur ki, bütün bu addımlar atılarkən hansı səbəb və kirteriyalar əsas götürülüb? Çünki Nəcməddin Sadıkovun hərbçi olaraq Dağıstanla bağlı xidməti və fəaliyyəti olmayıb. Demək ki, bunların səbəblərini başqa xüsuslarda axtarmaq lazımdır. Bəs hansı xüsusda? Axı necə olur ki, bir müddət öncə Dağıstanda Heydər Əliyevin adını daşıyan küçənin ləğv edilməsi üçün aksiya kecirilir, amma Nəcməddin Sadıqovun adı günü-gündən əbədiləşdirilir? Əgər bu hərbi əməkdaşlıqla bağlıdırsa, onda niyə Ali Baş Komabdanın adına Dağıstanda nəinki kücə, büst, məktəb, təqaüd - heç adi baralef yoxdur, amma baş qərargah rəisinin adına hər şey var?
Bütün bunların arasında ən maraqlı sual isə Nəcməddin Sadıqova Azərbaycan hakimiyyəti tərəfindən niyə “güldən ağır söz deyilməməsidir”.