Sumqayıt Şəhər Məhkəməsinin sədri TƏQAÜDƏ GÖNDƏRİLDİ...
Sədr vəzifəsininin müvəqqəti icrası Əliyev Fikrət Hüseyn oğluna həvalə edilib. Qeyd edək ki, Z. Hüseynov 1949-cu ildə anadan olub. O, 2007-ci ildən Sumqayıt Şəhər Məhkəməsinin sədri vəzifəsində çalışırdı. Z. Hüseynovun yerinə təyin olunmuş Fikrət Əliyev isə 1963-cü ildə anadan olub. O, 2007-2017-ci ildərdə Gəncə Apellyasiya Məhkəməsinin hakimi olub. 2017-ci ildən isə Sumqayıt Şəhər Məhkəməsində hakim vəzifəsində çalışıb.
Sumqayıt Şəhər Məhkəməsinin sədri Zeyqəm Hüseynov yaş həddi ilə bağlı təqaüdə göndərilib.