Qadın “Təzə bazar”da özünü yer puluna görə yandırıb?

Qadın “Təzə bazar”da özünü yer puluna görə yandırıb?Xəbər verdiyimiz kimi, dünən gecə saatlarında Səməd Vurğun küçəsi, 73 ünvanında yerləşən “Bakı Mərkəzi Bazar” MMC-nin balıq sexi adlanan hissəsində 1979-cu il təvəllüdlü İmanova Xatirə Nadir qızı özünü yandırıb.

Qadın üstünə benzin tökərək özünə od vurub. Yaxınlıqdakı şəxslər ona kömək etmək və yanğını söndürmək istəsələr də buna nail ola bilməyiblər.

X.İmanova bazardaca yanaraq ölüb. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır..

Hadisənin hansı səbəbdən baş verdiyini müəyyənləşdirmək üçün ərazinin sahə müvəkkili, Nəsimi Rayon Polis İdarəsinin 21-ci polis bölməsi və Nəsimi Rayon Prokurorluğu ilə əlaqə saxladıq. Hadisənin təfərrüatı barədə danaışmaq istəmədiklərini dedilər.

Nəsimi rayon prokurorunun köməkçisi İsmayıl Rövşənov də bu barədə məlumat vermək istəmədiyini dedi.

“Təzə bazar”ın satıcıları isə virtualaz.org saytına açıqlamasında hadisənin yer puluna görə baş verdiyini deyiblər.

İnarə Rafiqqızı

Virtualaz.org

* * *10:44

Bakıda dəhşətli intihar hadisəsi baş verib.

Səməd Vurğun küçəsi, 73 ünvanında yerləşən "Bakı Mərkəzi Bazar" MMC-nin balıq sexi adlanan hissəsində 1979-cu il təvəllüdlü İmanova Xatirə Nadir qızı özünü yandırıb.

Qadın üstünə benzin tökərək özünə od vurub. Yaxınlıqdakı şəxslər ona kömək etmək və yanğını söndürmək istəsələr də buna nail ola bilməyiblər.

X.İmanova bazardaca yanaraq ölüb. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır (lent.az).

Virtualaz.org saytı xatırladır ki, bu ilin frvralında da həmin bazarda intihar hadisəsi baş vermişdi. 1986-cı il təvəllüdlü Hacıyev Şahin Namizəd oğlu “Bakı Mərkəzi Bazar”da adlanan ticarət mərkəzində zəhərli məhlul içərək özünü zəhərləmişdi. Ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzin toksikologiya şöbəsinə çatdırılan 29 yaşlı oğlanın həyatına xilas etmək mümkün olmamışdı
.






Fikirlər