“Azərbaycan Dəmir Yolları” QSC: Texniki nasazlıq ARADAN QALDIRILIB
Kəskin hava şəraiti ilə əlaqədar (güclü küləyin əsməsi nəticəsində) bu gün saat 03:25 radələrində Bakı-sərnişin Keşlə mənzilində kontakt şəbəkədə texniki nasazlıq yaranıb. "AzerTaym.az" bildirir ki, “Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat katibliyinin yaydığı məlumata görə, hadisə nəticəsində saat 07:50-də Bakıdan, 08:40-da Sumqayıtdan yola düşməlu olan elektrik qatarları hərəkətdə olmayıb: "Təcili bərpa işlərinə başlanılıb və texniki nasazlıq aradan qaldırılıb. Hazırda qatarlar cədvəl üzrə hərəkət edirlər".