TƏRTƏRdə düşmən təxribatı: Kəndə mərmi atıldı – FOTO
L.Həmidov, həmçinin bildirib ki, hazırda kənddə təsərrüfat işləri dayanıb: “İnsanlar arasında təşviş yaşandı. Hərbçilər ərazidədirlər”. Tərtər rayonunun Qapanlı kəndinə erməni silahlı birləşmələri tərəfindən 60 mm-lik minaatan mərmisi atılıb.
"AzerTaym.az" bildirir ki, bu barədə azvision.az -a Tərtərin Qarağacı kənd icra nümayəndəsi Lətif Həmidov məlumat verib. Onun sözlərinə görə, hadisə təxminən saat 11:00 radələrində baş verib.
“Düşmən tərəfi taxıl daşıyan “ZİL” markalı yük avtomobili kəndə yaxınlaşan zaman mərmi atıb. Mərmi 15 metr kənara düşüb. Şükürlər olsun ki, salamatçılıqdır, itki olmayıb”.