İki vəkil koronavirusa YOLUXUB

Bu günə olan məlumata görə 2 vəkilimiz COVID-19 infeksiyasına yoluxub, xəstəliklə mübarizə aparırlar.

Modern.az-ın məlumatına görə, bunu Vəkillə Kollegiyasının sədri Anar Bağırov bildirib.

A.Bağırovun sözlərinə görə, vəkillərə hər cür dəstək göstərməyə hazırdır:

“Onların hər ikisi ilə danışmışam, 24 saat ərzində istənilən məsələ üzrə müraciət etmələrini xahiş etmişəm, narahatlığımı bildirmişəm. Vəkil Çimnaz Eyubova ilə  bir az olar ki, danışdım, sağlamlıq durumu kafidir, ev şəraitində müalicə olunur. Bütün vəkillərimizin salamını və dəstəyini ona bildirdim, çox sevindi.
Çimnaz xanım təcrübəli vəkildir, 20 ildən çoxdur ki, Kollegiya üzvüdür, mübarizdir, güclü iradəyə malikdir, bu xəstəliyə qalib gələcəyinə əminəm”.

“Böyük vəkil birliyimiz, ailəmiz hər zaman dəyərli vəkillərimizin yanındadır”,-deyən Kollegiya sədri Allahdan bütün xəstələrə, o cümlədən, vəkillərə şəfa diləyib.






Fikirlər