Kim HAQLIDIR şər-böhtan yoxsa, HALALLIQ?!

Kim haqlıdır, şər-böhtan yoxsa, halallıq?

Nədənsə, bəzi mətbuatçılar hər hansı bir faktla bağlı yazı hazırlayanda məsələnin əsas mahiyyətini, köklərini, səbəb və nəticəsini tam araşdırmadan əlinə qələm alıb birtərəfli mövqe tutaraq şər-böhtanı yağış kimi yağırdırmağa başlayır əks tərəfə.
Amandı, belə etməyin qardaşlar! Belə yazılar sizlərə başucalığı gətirməz. Və ya belə yazılarla gündəmə gəlib cəmiyyət qarşısında reytinq qazanmaq olmaz.
Redaksiyamıza daxil olan məlumata əsasən, ötən gün Səbail rayonunun Salyan yolu, 2-ci dalan yaşayış massivində evlərin arasındakı neytral ərazidə Sizinmedia.info saytının və eyniadlı qəzetin təsisçisi Rövşən Şirəliyevlə "Bibiheybət" NQÇİ-nin bir qrup işçiləri və mühafizəçiləri arasında torpaq tikintisi ilə bağlı anlaşılmazlıq baş vermişdir. Aldığımız və araşdırdığımız faktlarla əsasən, təxminən 10 il əvvəl sözügedən torpaq sahəsini R. Şirəliyev həmin rayonun bələdiyyə sənədi əsasında Fazil adlı (Məmmədov Fazil Səlim oğlu) şəxsdən alqı-satqı yolu ilə almışdır. Sənəd Səbail Bələdiyyəsinin 31 dekabr 2004-cü il tarixli 871 nömrəli sərəncamı əsasında ərazidə ev tikintisi aparmaq məqsədilə F.S. Məmmədyarova eskiz də daxil olmaqla kompleks şəkildə verilmişdir. (Yazıya həmin sənədləri daxil edirik).
Kim haqlıdır, şər-böhtan yoxsa, halallıq?Kim haqlıdır, şər-böhtan yoxsa, halallıq?Kim haqlıdır, şər-böhtan yoxsa, halallıq?Kim haqlıdır, şər-böhtan yoxsa, halallıq?Kim haqlıdır, şər-böhtan yoxsa, halallıq?
Qeyd: Hələ 2004-cü illərdə ərazi son dərəcə yararsız, bataqlıq, antisanitar vəziyyətdə olduğundan və tikinti aparmaq üçün buna maliyyə imkanı olmadığından F. Məmmədyarov torpağı satmaq qərarına gəlir. R. Şirəliyev həmin torpağı alandan sonra ərazini tikinti sahəsinə uyğunlaşdırmaq üçün ora kifayət qədər pul xərcləyir... Nəhayət, üstündən müəyyən illər ötdükdən sonra, ötən gün o, əraziyə gələndə "Bibiheybət" NQÇİ-nin işçiləri tərəfindən oranın zəbt olunduğunu və neftçıxarmada işlənən dəmir-metal, boru konstruksiyalarının töküldüyünü görür. Halbuki, həmin yerin dörd bir tərəfi yaşayış evləridir. Bir sözlə, ədalət naminə desək, bu gün oraya neftçıxarmanın avadanlıqlarının tökülməsi heç bir əsasa söykənmir. Bunu ərazidə olarkən sakinlər də təsdiqlədi və neft işçilərinin bu hərəkətini narazılıqla qarşıladılar. Uzun illərdi orada ev tikib, yurd salan sakinlərdən Arif adlı şəxsin dediklərini video-lent şəklində təqdim edirik.
Bu insanın da dediyinə görə, mübahisə zamanı heç bir qarşıdurma, insident yaşanmayıb. "Məsələ ikitərəfli razılaşma əsasında müsbət həllini tapıb. Daha bunu şişirdib, böyüdüb şər-böhtana çevirməyin nə mənası var. Bu, jurnalistikamızın ədalət tərəzisinə sığmayan haldır. Bəs, batalğanı, üfunət qoxuyan antisanitar vəziyyəti R. Şirəliyev şəxsi vəsaiti ilə aradan qaldıranda neftçıxarmanın işçiləri hardaydı? Sakini olduğumuz bu yaşayış massivi yenidən dönüb necə mədən ola bilər? Burda 10 mindən artıq insan yaşayır". Bu sözləri də faktla bağlı ərazidə olarkən həmsöhbətimiz Arif bəy söylədi.
Kim haqlıdır, şər-böhtan yoxsa, halallıq?
Kim haqlıdır, şər-böhtan yoxsa, halallıq?Kim haqlıdır, şər-böhtan yoxsa, halallıq?Kim haqlıdır, şər-böhtan yoxsa, halallıq?
Yazıya yenidən qayıdacağıq.
Qarşı tərəfin də fikirlərini dinləyib, yazmağa hazırıq.






Fikirlər