Koronavirusa yoluxan JURNALİST SAĞALDI
Koronavirusa yoluxan ARB24 televiziyasının baş redaktor müavini Aynur Nəsirova sağalıb. BAKU.WS trend-ə istinadən xəbər verir ki, bu barədə Aynur Nəsirova özü məlumat verib. O bildirib ki, koronavirus test nəticəsi neqativ çıxıb və artıq evə buraxılıb. Bundan sonra isə 14 günlük karantin rejimində olacaq.