Koronavirusa yoluxan cütlük son nəfəslərini birlikdə VERDİ...

Koronavirusa yoluxan cütlük son nəfəslərini birlikdə verdi

ABŞ-da koronavirusa yoluxan yaşlı cütlük eyni gündə vəfat edib.
 "AzerTaym.az" ölkə.az-a istinadən xəbər verir ki, ABŞ-da yaşayan və 73 ildir evli olan MaryVilford Kepler cütlüyü müalicə aldıqları xəstəxanada dünən həyatla vidalaşıblar.

Müalicə müddətində eyni palatada qalan Kepler cütlüyünün nəvəsi Natalie Lameka nənə və babasının ölüm anında əl-ələ tutduqlarını və son sözlərinin ''Səni sevirəm'' olduğunu deyib. 92 yaşlı Mary ilə 94 yaşlı Wilford son nəfəslərinə kimi bir-birlərindən bir an olsa belə ayrılmayıblar. Yaşlı cütlüyün koronavirusa necə yoluxduğu isə hələlik məlum deyil.

 






Fikirlər