Mərhum jurnalistin istifadə etdiyi mobil telefonu "Yeni klinika"da YOXA ÇIXDI - Ailəsindən ETİRAZ...

Bir neçə gün öncə koronavirusdan dünyasını dəyişən mərhum jurnalist Əmrah Fəqanoğlunun oğlu atasına məxsus fb hesabında aşağıdakı həyəcanlı məlumatı paylaşaraq kömək istəyib:
"Hörmətli dostlar. Çox xahiş edirəm xəbərin ictimailəşməsinə və bu məsələnin həll olmasında mənə kömək olardınız.
17 iyul 2020 ci il tarixdən 28 iyul 2020 ci il tarixə qədər özünə təhvil verdiyim Əmrah Fəqanoğluna məxsus olan telefon müalicə aldığı "Yeni Klinika" tərəfindən ailəsi və yaxınlarına təhvil verilməyib və oğurlanıb, itib adı altında məlumat verilib. Bu cür məsuliyyətsizlik və mənəvi dəyəri olan şəxsi əşyanın qaytarılmaması yolverilməzdir..."






Fikirlər