Bu gündən nəqliyyatla bağlı qadağa aradan qaldırıldı
Bu gün saat 06.00-dan xüsusi karantin rejiminin uzadılması ilə əlaqədar ictimai nəqliyyatın (avtobusların) fəaliyyətinə qoyulan məhdudiyyət aradan qaldırılıb. Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, xüsusi karantin rejiminin sərtləşdirildiyi şəhər və rayonlarda həftəsonları bütün ictimai nəqliyyatın hərəkəti dayandırılır. Məhdudiyyət iki günlük tətbiq olunur. /”Yeni Sabah”