Sərt karantin rejimi ləğv olundu, BOŞANMALAR kəskin ARTDI...
Rusiyada sərt karantin rejimi ləğv olunduqdan sonra boşanmaların sayı kəskin artıb. Modern.az Rusiya KİV-ə istinadən xəbər verir ki, rejimin ləğv olunduğu iyunda 45,8 min boşanma qeydə alınıb. Bu isə may ayı ilə müqayisədə boşanmaların 2,5 dəfə artması deməkdir. 2020-ci ilin ilk 6 ayında ölkədə 220 min boşanma qeydə alınmışdı. 2019-cu ilin analoji dövründə bu rəqəm 297 min olub. “Boşanmaların azalması izolyasiya və digər məhdudlaşdırıcı tədbirlərin tətbiq olunduğu vaxta təsadüf edir”- deyə Rusiya Statistika Komitəsi açıqlama verib.