XOCALI cəlladlarından ikisi Qarabağda MƏHV edildi

Xocalı cəlladlarından ikisi Qarabağda məhv edildi

Ermənistandakı "Yerkrapa" Könüllülər İttifaqının Şirak böləsindən Qarabağa döyüşməyə yollanmış 64 nəfərdən indi cəmi 18 nəfər sağ qalıb.

"Yerkrapahner"lər arasında iki nəfər xüsusilə fərqlənirdi. “AzerTaym.az” Milli.Az-a istinadən bildirir ki, onlar barəsində Qarabağda vuruşmuş ASALA terrorçusu, indi Ermənistanın milli qəhrəmanı olan gəbərdilmiş Monte Melkonyanın qardaşı Markar Melkonyan "My Brother's Road: An American's Fateful Journey to Armenia" kitabında belə yazıb: "Qardaşımın rəhbərlik etdiyi "Arabo" dəstəsi Xocalıda türklərə divan tutdu. Onlar türkləri təqib etdilər,  şəhəri tərk edənlərə çatdılar, gülləbaran etdilər, sonra cəsədləri bıçaqlamağa başladılar". (İqtibas: "The Arabo fighters had then unsheathed the knives they had carried on their hips for so long, and began stabbing")

Həmin "Arabo" dəstəsindən olan iki nəfər Qarabağda gəbərdilib. Xocalı cəlladlarından ikisi də cəhənnəmə vasil oldu.






Fikirlər