Turizm Kollecindən QARABAĞ QAZİsinin ailə üzvünə qarşı HƏQARƏT!!!
"Mingəçevir şəhərində yerləşən Turizm Kolleci ilk görünüşdən bir möhtəşəm təhsil ocağını xatırlatsa da, P.S. Mövzu ilə əlaqədar qarşı tərəfin də söz demək haqqını tanıyırıq.
Turizm sahəsində çalışacaq ixtisaslı kadrlar yetişdirilmir. Bunun günahı ixtisaslaşmış təhsil ocaqlarıdır.Belə təhsil müəssələrindən biri də Mingəçevir Turizm Kollecidir.
Bu günlərdə "AzerTaym.az"-ın elektron poçtuna daxil olan bir yazıda səslənən ittiham dolu fikirlərlə oxucularımızı tanış etmək və orada nələrin baş verdiyidən azacıq da olsa onları məlumatlandırmaq istədik.Belə ki,uzun illər mətbuat -media sahəsində çalışan yazar Qalib İbrahimoğlu, yaxın qohumu 2-ci QARABAĞ SAVAŞININ döyüşçüsü və hal-hazırda vətənə xidmətini şərəflə davam etdirən qəhrəman Azərbaycan əsgərinin tələbə ailəsinə qarşı baş verən laqeydlikdən,özbaşınalıqdan söhbət açır:
məktəbə daxil olub ,oranın tələbəsi olandan sonra adama elə gəlir ki, bura təhsil ocağı yox, sanki bir ticarət
mərkəzi və ya kolxoz bazarıdır.Bütün bunların yaradıcısı və qurucusu Turizm kollecinin keçmiş direktoru Əyyub Əyyubov olmuşdur.Əyyub müəllim orada elə bir təhsil sistemi qurmuşdur ki,həmin məktəbə daxil olan təhsil almağa deyil,sanki alverə gəlir,yəni,təhsil almaq istəyən tələbə elə 1- ci kursdaca "təlimatlandırılır".İmtahanların,qaiblərin hər birinin qiyməti onlara başa salınır.Bütün bunları görüb,bilən bir jurnalist olaraq bildirirəm.İndi keçək əsas məsələyə.
Bizim də uşaq Turizm kollecində təhsil alırdı.Sonuncu kursu pandemiya dövrünə düşdüyü üçün bir kəsiri qalmışdı.
Ona görə də məktəb onun diplomunu verməkdən imtina edirdi.Bununla bağlı bugünlərdə Turizm Kollecinin direktor müavini kürsüsündə oturan vətəndaş Kamal müəllimə telefon etdim.Bütün olanları səmimi olaraq danışdım və bildirdim ki,pandemiyaya qədər bizim uşaqla bir qrupda təhsil alan digər tələbələr kimi bizim uşaq da pulunu verib imtahandan keçibdir.İndi dərmana pul güclə çatır,uşağın qardaşının biri də Qarabağ müharibəsindən hələ geri dönməyib.Humanist bir addaım atıb bizim uşağa təmənnasız kömək edib imtahan kəsirinə güzəşt etsəniz sizə minnətdar olaram.Çox təəssüf ki,bizə kömək etmək əvəzinə bildirdi ki,təzə direktor deyir ki,onlardan kim pul alıb qimət yazıb onun adını bildirsin.Mən də bildirdim ki, deyəsən özünüzü sudan quru çıxarmaq istəyirsiniz.Biz pulumuzu həmişə həmin fakültənin pul yığanı,"rəhbəri"Gülnarə adlı xanıma verirdik,imtahan qiymətini alırdıq.Gülnarə isə kimə və nə vaxt yığdığı pulu verir onu siz bilərsiniz.
Axı siz köhnə direktordan yadigar qalmısınız.Mənim pulsuz ,təmənnasız müraciətimə rəsmi cavab verən vətəndaş Kamal adlı direktor müavini bildirdi ki,siz rəsmi müraciət edin.....
Mənə rəsmi nağıllar uyduran köhnə direktorun yadigarı , özünü həmən direktorun vaxtlarında nə baş verdiyini xəbərsiz kimi göstərən vətəndaş Kamal müəllim düşünmədi ki,nənəmin nağıllarına bənzəyən sözləri uydurmaqla qırx ilin jurnalistini aldatmaq olmaz..."
Pandemiya dövründə və qardaşı Qarabağ savaşından hələ də geri dönməyən bir tələbəyə heç olmasa indi ömründə 1 dəfə
təmənnasız kömək edib pul almadan imtahan kəsirini düzəldin.
Bəlkə Allah köhnə durektorunuzun vaxtındakı günahlarınızı bağışlaya!İndi siz deyin köhnə direktprun vaxtından,təzə direktorun vaxtına keçmiş müavini vətəndaş Kamal müəllimin köhnə direktorun vaxtındakı bazardan xəbəri olmayıb?Bəlkə Gülnarə xanımı da tanımır?"