Xankəndi yaxınlığında atışma səsləri eşidilir
Azərbaycanın Xankəndi şəhərində növbəti dəfə atışma səsləri eşidilir. "AzerTaym.az" xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb. Məlumata görə, atıcı silahlardan qısa fasilələrlə tək-tək atışma səslərinin eşidilməsi davam edir. Növbəti atışma səsləri Bakı vaxtı ilə saat 01:04-də eşidilib. Qeyd edilir ki, hazırda şəhərin özündə vəziyyət sabitdir. /Yenisabah.az