REKET BLOGER ATA ABDULLAYEV SAXLANILDI! - Nədə İTTİHAM olunur?

Özünü videobloger kimi təqdim edən Ata Abdullayev saxlanılıb.

"Sabah.az" saytının məlumatına görə, Ata Abdullayev  dünən hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən tutulub.

Onun hansı maddə ilə ittiham olunduğu hələlik bəlli deyil. Bəzi məlumatlara görə, A.Abdullayev şantaj vasitəsilə pul alarkən "iş başında" yaxalanıb. 

Qeyd edək ki, Ata Abdullayev ictimayyət arasında sırtıq və həyasız bir şəxs kimi tanınır, son vaxtlar isə bu adam medianın adından istifadə etməklə, açıq şantajçılıqla məşğul idi.

Əlavə məlumat veriləcək.






Fikirlər