Baş redaktor polis bölməsinə aparıldı


“Press Nota” qəzetinin baş redaktoru Sərdar Əlibəyli polisə aparılıb.
AzNews.az xəbər verir ki, bu barədə məlumatı cebhe.info-ya baş redaktor özü verib. 
Onun sözlərinə görə, bu gün şəxsiyyət vəsiqəsi ilə bağlı Xətai rayonunda yerləşən ASAN Xidmətə müraciət edib. ASAN Xidmətdən çıxdıqda özünü 37-ci polis bölməsinin əməkdaşı kimi təqdim edən şəxslər onu bölməyə aparıblar. Baş redaktora bölməyə aparılmasının səbəbi açıqlanmayıb. 






Fikirlər