“Xəzər TV“-dən Xoşqədəmlə bağlı AÇIQLAMA...
Aparıcı Xoşqədəm Hidayətqızı "Xəzər TV" ilə yollarını ayırıb. Yenisabah.az xəbər evrir ki, bu haqda Axşam.az-a Xəzər Media Mərkəzindən məlumat verilib. Bildirilib ki, "Səni axtarıram" verilişi yeni mövsümdə telekanalda yayımlanmayacaq. "Hazırda yeni mövsüm üçün tamaşaçıların zövqünü oxşayacaq, bir-birindən maraqlı layihələrin hazırlıq işləri davam edir. Lakin bundan sonra "Xəzər TV"də "Səni axtarıram" verilişinin yayımı planlaşdırılmır" deyə, açıqlamada qeyd olunub.