Günel Həsənzadə Xoşqədəm Hidayətqızını QABAQLADI

Azərbaycan telekanallarında özünəməxsus tamaşaçı auditoriyası olan bir sıra verilişlər yayımlanır ki, onların hər birinə fərqli yanaşma, fəqli münasibət var. Bu verilişlər vaxtaşırı ictimai müzakirələrə, gündəmin hadisəsinə də çevrilə bilir. Kimlərsə onları bayağı verilişlər hesab edir, kimlərsə də ciddi... 

İstənilən halda bu verilişlərə qonaq qismində can atanların olduğu, onlara çoxsaylı tamaşaçının baxdığı inkarolunmazdır.
Söhbət bəzi şou, əyləncə və sosial yönümlü formata malik verilişlərdən gedir. O verilişlər ki, bir neçə dəfə qalmaqalarla gündəmin trendinə də çevriliblər.
Modern.az saytının həmin teleproqramlarla bağlı keçirdiyi “Ən çox tamaşaçısı olan veriliş hansıdır?” adlı sorğusu yekunlaşıb.
1-15 yanvar aralığında respondentlər “Space” TV-də Günel Həsənzadənin aparıcısı olduğu  “Banu” proqramını sorğunun birincisi ediblər. Veriliş oxucularımızdan 38.9% səs qazanıb.

“Xəzər” TV-də Leyla Mustafayevanın apardığı “Ənənə boxçası” isə 31.6% səslə sorğuda ikinci olub.

Gözlənilənlərin əksinə olaraq, Xoşqədəm Hidayətqızının məşhur “Səni axtarıram” (“Xəzər” TV) verilişi 10.12% səslə üçüncü olub.
Sorğumuz aşağıdakı nəticələrlə yekunlaşıb.
“Banu” - Günel Həsənzadə - “Space” TV (38.9%)

“Ənənə boxçası” - Leyla Mustafayeva - “Xəzər” TV (31.6%)
“Səni axtarıram” - Xoşqədəm Hidayətqızı - “Xəzər” TV (10.12%)
“5-də 5” - Zaur Kamal - “Xəzər” TV (9.48%)
 “Sevimli mahnı” - Mikayıl Güləddinoğlu - “Space” TV (3.67%)
“Bizimləsən” - Zaur Baxşəliyev – ATV (2.94%)
“Çıxış yolu Afət Rahilqızı ilə” - Afət Rahilqızı - ARB(2.20%)
“Çıxış yolu” - Nuranə Gülər - “Lider” TV (1.47%)






Fikirlər