Nazirlikdən qeyri-sabit hava şəraiti ilə bağlı XƏBƏRDARLIQ!

 Nazirlikdən qeyri-sabit hava şəraiti ilə bağlı XƏBƏRDARLIQ

Hava şəraitinin qeyri-sabit keçməsi haqqında məlumat yayılıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata əsasən, Bakıda və Abşeron yarımadasında mayın 02-03-də şimal-qərb küləyinin 15-20 m/s, yarımadanın bəzi yerlərində arabir 23-25 m/s-dək güclənəcəyi gözlənilir.

Azərbaycanın rayonlarında mayın 2-dən 5-dək ölkə ərazisində yağıntılı hava şəraitinin davam edəcəyi, şimşək çaxacağı, fasilələrlə yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensivləşəcəyi, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.

Qərb küləyi 15-20 m/s, ayrı-ayrı yerlərdə arabir 23-28 m/s-dək güclənəcək.

Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.






Fikirlər