“Broyler toyuqların zərərli olması barədə demək olar ki, hər gün eşidirəm. İşdə, qohum-tanış ilə söhbətdə və s. İnsanların məlumatsızlığı bu problemin aktuallığını dahada artırırdı. Mən bir müddət broyler təsərrüfatında layihələr icra etdim. Bu zaman toyuqların yetişdirilmə prosesi ilə yaxından tanış oldum. Bir çox xarici ölkələrdə praktiki təlimlər almışam. Ən əsası elmi mənbələrə və araşdırmalara əsaslanaraq bu videonu çəkdim. Hətta YouTube səhifəsində bu haqda yanlış məlumatlar çoxdur. Ona görə də istərdim ki, insanlar yalnış düşünməzdən öncə bu tip videoları izləsinlər”.
Bunu Moderator.az-a açıqlamasında 3-cü Biotəhlükəsizlik səviyyəli Mərkəzi Referens Laboratoriyasının müdiri Şəlalə Zeynalova bildirib.
Qeyd edək ki, Şəlalə Zeynalova bundan sonra YouTube səhifəsində (Shalala Zeynalova) insanları maraqlandıran, onlarda şübhə yaradan mövzulara toxunaraq, maraqlı, maarifləndirici videolar yayımlayacaq. Mütəxəssisin səhifəsini daim izləyərək həmin videolardan xəbərdar ola və faydalana bilərsiniz.
Qeyd edək ki, Zeynalova Şəlalə Kərəm qızı uzun illər Kənd Təsərrüfatı Nazirliyi yanında Respublika Baytarlıq Laboratoriyasında müxtəlif vəzifələrdə işləyib. Hal-hazırda, 3-cü Biotəhlükəsizlik səviyyəli Mərkəzi Referens Laboratoriyasının müdiridir. Azərbaycan Dövlət Aqrar Universitetində baytarlıq fakultəsinin baş müəllimidir. İxtisası veterinar - mikrobioloq, virusoloqdur. İşlədiyi dövrdə müxtəlif ölkələrdə, İtaliya, Fransa, Belçika, ABŞ, Türkiyə, İspaniya, Avstriya, Böyük Britaniya, Ruminiya, Niderland və s. ölkələrdə peşəkarlıq təlimləri keçmişdir. ELİSA, PZR müayinələri və biotəhlükəsizlik üzrə beynəlxalq ekspertdir. 2013-2015 illərdə Cənubi Qafqaz ölkələri üzrə Sahə Epidemiologiyası və Laboratoriya proqramı – FELTP (təşkilatçı-Xəstəliklərə Nəzarət Mərkəzi-CDC, ABŞ) üzrə Gürcüstanda təhsil almışdır. 2013-cü ildə Azərbaycan Prezidenti yanında Elmin İnkişaf fondunun 1-ci Mobillik qrantının qalıbi olmuş və 2 həftəlik Böyük Britaniyada yerləşən OİE in laboratoriyasında təcrübə keçmişdir. 2017-ci ildə Elmin İnkişaf fondunun-Mob-8-2017, qrant müsabiqəsinnin qalibi olaraq, Fransanın Paris şəhərində keçirilən 7-ci Beynəlxalq Baytarlıq Konqresində, elmi məruzə ilə çıxış etmişdir. Bundan başqa bir çox beynəlxalq və yerli layihələrin tərtibatçısı, beynəlxalq elmi-tədqiqat konfranslarının iştirakçısı və məruzəçisi, işçi qruplarının üzvü olmuşdur. Aqrar elmləri üzrə fəlsəfə doktoru, dosentdir. Elmlər doktoru üzrə müdafiə etmişdir. Elmi məqalələri "Frontiersin Microbiology", "Springer", "Cambridge University Press 2017" və s. kimi yüksək impact faktorlu jurnallarda çap edilmişdir. 50-dan çox elmi məqalələrin və tezislərin müəlifidir. “Səba” ASC, “Azerbaijan Poultry Company” (Mərcan broyler) kimi təsərrüfatlarda çalışmışdır. Qida təhlükəsizliyi və keyfiyyətin idarə olunması üzrə peşəkar təlimlər almışdır.
-IRCA, CQİ, FSSC 22000 version based 5.1 on İSO 22000:2018, Lead Auditor,
-İSO 22000-2018 təlimi, 2021
-Gluten free V.3 training, TÜV Austria, təlim
-HACCP təlimi, 2022 UGM-Türkiyə
-Temel mikrobioloji və izleme sistemi, UGM, Türkiyə, 2022
2 dərs vəsaiti, 1 monoqrafiya, 3 elmi-metodiki təlimatın müəllifidir.