Bakıda YENİ KLİNİKAnın AÇILIŞI olub...
Seyfəddin Əsəd: "Bundan sonra daha geniş imkanlarımız olacaq" Oktyabrın 1-də "Doktor Seyfəddin Klinikası"nın açılışı olub. Klinika "Həzi Aslanov" metrostansiyasının yaxınlığında, Məhəmməd Hadi küçəsi, 66B ünvanında yerləşir.
İlk olaraq klinikanın sahibi, doktor Seyfəddin Əsəd açıqlama verib: "Hər kəsə təşəkkür edirəm, iştirakları üçün. Əziyyət çəkiblər. İndiyə qədər insanların sağlamlıqlarının keşiyində dayanmışıq. Bundan sonra daha geniş imkanlarımız olacaq. Bizdə olan müalicə üsulları dünyanın heç bir yerində yoxdur. Arı, zəli və digər üsullarla təbii müalicə edirik. İnsanlar bundan sonra da bizdən razı qalacaqlar". S.Əsəd çıxışında bir daha iştirakçıların hər birinə təşəkkür edib. Çıxışçılar S.Əsədi təbrik edərək uğurlar arzulayıblar. Xeyir -dua üçün ilk söz ağsaqqal, tanınmış ziyalı Şaiq Əfəndiyevə verilib. O, öz çıxışında bu şəfa ocağına və onun rəhbəri Seyfəddin Əsədə xeyir - dua verib. "Yeni Müsavat" Media Qurupunun rəhbəri Rauf Arifoğlu bu klinkanın S.Əsədin həyatının layihəsi olduğunu söyləyib və xeyir-dua verib. Milli Klunariya Mərkəzinin rəhbəri Tahir Əmiraslanov da çıxış edərək, gələcək fəaliyyətində klinikanın sahibinə uğurlar arzulayıb. Ardınca gurultulu alqışlarla açılış lenti kəsilib və qonaqlar klinkaya daxil olublar.
Daha sonra klinkanın açılışı edilib.