Müğənni qəzaya düşdü: “Cana gələn mala gəlsin“
Müğənni Aynur Dadaşovanın başına iş gəlib. "AzerTaym.az" axşam.az-a istinadla xəbər verir ki, ifaçı dünən gecə saatlarında avtomobil qəzası keçirib. Qəzada ifaçı ciddi xəsarət almasa da, maşını idarəetməyə yararsızdır: "Hər şey bir an içində baş verdi. Hələ də şokdayam. Şükürlər olsun ki, sağ-salamatam. Cana gələn mala gəlsin. Bacımın övladı da yanımda idi. Yazıq uşaq şoka düşdü. Bu maşından sağ çıxmışıqsa, şükür".