“Dələduzluqla evlərimiz alınıb, küçələrdəyik” - “Dağlar” MTK-da aldadılanlar...
Paytaxtın Təbriz küçəsində yerləşən “Konqres” mərkəzi ilə üzbəüz hündürmətəbəli binada ev almaq istəyən 30-dan çox vətəndaş aldadılıb. Tikintini aparan “Dağlar” MTK-nın təsisçilərinin mənimsəmədən xəbərdar olsalar da. hüquq-mühafizə orqanları yalnız Şahin Əliyev adlı bir nəfəri məsuliyyətə cəlb ediblər. Şikayətçilər bildirir ki, şirkətin əsas təsisçisi Çingiz Rzayev kimlərinsə himayədarlığı sayəsində məsuliyyətdən kənar qalıb. Məhkəmə qərarı ilə həmin binadakı qeyri-yaşayış sahəsinin zərərçəkənlərə dəyən ziyanın ödənilməsi üçün nəzərdə tutulduğu halda, ona da süni maneələr yaradılıb. //aztoday.az//