AKİF ÇOVDAROV MTN-DƏN QOVULDU – İşdən azad olunması haqda əmr verildi

 

akif_chovdarovMilli Təhlükəsizlik Nazirliyində bir neçə gündür gözlənilən vəzifədən azad etmə əmri nəhayət ki, verilib.

“Qafqazinfo”ya daxil olan məlumata görə, MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin rəisi, general-mayor Akif Çovdarov tutduğu vəzifədən azad edilib.

Xatırladaq ki, son bir neçə gündə mediada Çovdarovun həbsi ilə bağlı məlumatar yayılmışdı.

Qeyd edək ki, Azərbaycan mətbuatına yaxşı tanış olan A. Çovdarov işdən qovulan Eldar Mahmudovun kassiri kimi ad çıxarmışdı. Onun MTN-də əsas vəzifəsi Azərbaycana gələn iş adamlarını soymaq olub. Rüşvət tələb edilərək təhdid edilən həmin iş adamları da Baş Prokurorluğa və Prezident Aparatına etdiyi şikayətlərində əsas fiqur kimi məhz Akif Çovdarovun adını qeyd ediblər.

Qeyd edək ki, bir neçə gün öncə A.Çovdarovun oğlu da Milli Məclisdəki işindən çıxarılıb. Çovdarovun bacısının kürəkəni Rafiq Hümbətov da Xətai rayon MTN-dəki rəisi vəzifəsindən qovulub.






Fikirlər