Heydər Əliyevin dostu Xanış kişinin həyat yoldaşı vəfat edib

Heydər Əliyevin dostu Xanış kişinin həyat yoldaşı vəfat edib

Mərhum Prezident Heydər Əliyevin dostu, məşhur lerikli çoban Xanış Şahıyevin həyat yoldaşı Səmərqənd Şahiyeva vəfat edib.

 Xəbəri Modern.az-a mərhumun nəvəsi Şahin Sahinli verib.

 Qeyd edək ki, Səmərqənd Şahiyeva həm şəhid anası, həm də şəhid nənəsi idi. Onun bir oğlu I Qarabağ müharibəsində, iki nəvəsi (Elgün və Altay Mövlanovlar) isə II Qarabağ müharibəsində şəhid olub.

 Xatırladaq ki, Xanış kişinin özü 2009-cu ildə 77 yaşında dünyasını dəyişib.

 Allah rəhmət eləsin.






Fikirlər