Sabah Rasim Məmmədova hökm oxunacaq ...

Rasim Məmmədovun məhkəməsində YENİ FAKTLAR AÇILDI - "85 milyon manatdan kod adlar altında kimə nə qədər verilib, hamısı var" » AMİA.az

"Baku Steel Company" MMC-nin keçmiş rəhbəri Rasim Məmmədovun cinayət işi üzrə növbəti məhkəmə prosesi sabah baş tutacaq. 
"AzerTaym.az" qaynarinfo-ya istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Məmmədova-Əsgərovanın sədrliyi ilə keçiriləcək prosesdə Rasim Məmmədova hökm oxunacağı gözlənilir. 
"Baku Steel Company"nin rəhbəri olmuş Rasim Məmmədov Dövlət Təhlükəsizlik Xidməti (DTX) tərəfindən həbs olunub. O, Cinayət Məcəlləsinin 179.4 (mənimsəmə və ya israfetmə, xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 193.3.2 (xüsusilə külli miqdarda gəlir əldə etməklə yalan sahibkarlıq), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunur. Cinayət işi üzrə dəymiş ziyan 185 milyon manat hesablanıb.






Fikirlər