İstanbulda turistlərin olduğu küçədə partlayış: 4 ölü, 38 yaralı var (YENİLƏNİB/FOTO/VİDEO)

Türkiyənin İstanbul şəhərinin Bəyoğlu məhəlləsi, İstiqlal küçəsində baş verən partlayış nəticəsində 4 nəfər ölüb, 38 nəfər yaralanıb.
Qaynarinfo xəbər verir ki, bu barədə İstanbul valisi Ali Yerlikaya tviter hesabında yazıb.  
"İstiqlal küçəsində baş verən partlayış zamanı ilkin məlumata görə, 4 nəfər həyatını itirib, 38 nəfər yaralanıb. Yaralılarımız müalicə olunur.
Həyatını itirənlərə Allahdan rəhmət, yaralananlara isə tezliklə şəfa diləyirik", - o tivter hesabında yazıb.
Vali qeyd edib ki, hadisə ilə bağlı ictimaiyyətə məlumat veriləcək.
 
18.01
Türkiyənin İstanbul şəhərində turistlər üçün nəzərdə tutulmuş İstiqlal küçəsində partlayış baş verib.
Qaynarinfo xəbər verir ki, bu barədə TRT telekanalı məlumat yayıb.
Taksim meydanı yaxınlığında qeydə alınan partlayışın səbəbi məlum deyil.
Hadisədən sonra əraziyə təcili yardım və polis briqadaları göndərilib.
 
Partlayış nəticəsində ölən və yaralananlar var. İstanbul valisi Ali Yerlikaya bildirib ki, yaralı sayı 11 nəfərdir. Ölənlərin sayı açıqlanmır.
Hadisə yerinə polis, səhiyyə, xilasetmə qrupları cəlb edilib.

 

  






Fikirlər