Ötən il nikahların sayı artıb, boşanmalar azalıb...

Ötən il nikahların sayı artıb, boşanmalar azalıb

2022-ci il ərzində ölkədə Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 61 939 nikaha daxilolma və 15 983 boşanma halı qeydə alınıb.
 
Bu, Dövlət Statistika Komitəsinin hesabatında əks olunub.
 
Qeyd olunub ki, əhalinin hər 1000 nəfərinə 2021-ci illə müqayisədə nikahların sayı 5,6-dan 6,1-ə qədər artıb, boşanmaların sayı isə azalaraq 1,7-dən 1,6-ya düşüb.
 
Nikah səviyyəsi Qarabağ (7,1), Mil-Muğan və Şərqi Zəngəzur (6,9), Dağlıq Şirvan (6,8), Bakı şəhəri, Mərkəzi Aran və Şirvan-Salyan (6,4), Şəki-Zaqatala (6,3), Qazax-Tovuz və Quba-Xaçmaz (6,2) iqtisadi rayonlarında ölkə göstəricilərindən yüksək olub.






Fikirlər