Türkiyədə növbəti fəlakət: 15 nəfər öldü

Türkiyədə növbəti fəlakət: 15 nəfər öldü

Türkiyədə sel fəlakətində ölənlərin sayı 15 nəfərə çatıb. 

Yenisabah.az “Hüriyyət”ə istinadən xəbər verir ki, Türkiyədə baş verən ölümcül silsilə zəlzələlərdən bir ay sonra baş verən daşqınlarda 15 nəfər ölüb. 

Adıyaman və Şanlıurfaya təsir edən leysan yağış selə səbəb olub. Sel fəlakətində Şanlıurfada 13, Adıyamanda 2 nəfər həyatını itirib. İtkin düşən 4 nəfər axtarılır. Daxili işlər naziri Süleyman Soylu ölənlər arasında 1 yaşında bir uşağın olduğunu açıqlayıb. 

  






Fikirlər