Abdullah Gül səs verdi ...

Abdullah Gül səs verdi

Türkiyənin keçmiş Prezidenti Abdullah Gül prezident və parlament seçkilərində səsvermə hüququndan istifadə edib.

Yenisabah.az Report-a istinadən xəbər verir ki, o, xanımı Hayrünnisa Gül ilə birlikdə İstanbulda səs verib.

Sabiq dövlət başçısı səs verdikdən sonra jurnalistlərin suallarını cavablandırıb.

A.Gül bildirib ki, demokratiyanın ən vacib anı xalqın iradəsini ortaya qoymasıdır: “Türkiyə zaman-zaman xalqın iradəsinə müraciət edib. Bu gün vətəndaşlıq vəzifəmizi bu formada icra etdik. İnşallah, nəticə xalqımız üçün xeyirli olar. Səsvermənin sakit və qarşılıqlı hörmət mühitində keçməsini arzulayıram”.






Fikirlər