Əməkdar artistin evi yoxdur, hamamda gecələyir - VİDEO

Dövlət Muğam Teatrının solisti, Bakı milyonçusu, məşhur qarmon ifaçısı Ələkbər Nəzərlinin nəvəsi, əməkdar artist Ədilə Əflaki Nəzərlinin yaşadığı evi görənləri təəccübləndirib.

Milli.Az xəbər verir ki, belə ki, oğlu ilə bir evdə yaşayan müğənni məcburiyyətdən evin hamam otağını ikiyə ayıraraq, orada gecələyir. Özü də suyun içində.

O bildirib ki, illərdir döymədiyi qapı qalmayıb. Aidiyyəti orqanlara saysız-hesabsız məktub və teleqramlar göndərib. Ümidlə bu qurumlardan xoş xəbər gözləyir. Ədilə Əflakinin oğlunun da artıq 40 yaşı var. Onu evləndirmək və nənə olmaq arzusundadır əməkdar artist. 

1982-ci ilədək Bakının mərkəzində, indiki "İsmayıl Qutqaşınlı 17" ünvanında yerləşən dədə-baba mülklərində yaşayıb. Mülk plana düşüb və orada yaşayan 8 ailəyə həmin mülkün əvəzinə ümumilikdə 184 kvadratmetrlik ev verilib. Ədilə Əflakinin payına isə cəmi 16 kvadratmetrlik mənzil düşüb.

Daha ətraflı APA TV-nin süjetində:

 






Fikirlər