Əməkdar artist bacısına nələr yazdı?
Əməkdar artist Aybəniz Haşımova bacısı, xalq artisti Şahnaz Haşımova ilə yeni fotosunu “Instagram” səhifəsində paylaşıb. AzerTaym,az xəbər verir ki, müğənni bacısını belə tərif edib: “Əvəzsiz sənətkar və dünyaya gəldiyimdə ilk qucağına verildiyim qadın”. Qeyd edək ki, Şahnaz Haşımova Gəncə Filarmoniyasının direktorudur. Doğulduğu Gəncə şəhərində yaşayan və fəaliyyət göstərən Ş.Haşımova “Göy-göl” ansamblının ən məşhur solistidir.