08.08.2014- “Mərddən namərd olmaz!“-Aybəniz Haşımova

08.08.2014- “Mərddən namərd olmaz!“-Aybəniz Haşımova"Söyə-söyə öldürdükləri sənətkarlara bü gün "dahilərimizdir" deyirlər"

Əməkdar artist Aybəniz Haşımova dahi sənətkarla sağlığında qiymət verilməməsindən şikayətlənib.

Hazırda özünün ifaçılıq məktəbi olan sənətkar, 1980-cı illərlə bağlı xatirələrini sosial şəbəkədə bölüşərkən Şövkət Ələkbərova və Vaqif Mustafazadə kimi sənətkarların vaxtilə təzyiqlərə məruz qaldığından söz açıb:

"Yaxşı xatırlıyıram, 1980-cı illərdə Şövkət xanım Ələkbərovanı, Vagif Mustafazadəni necə incidirlər. Bəzi insanlıqdan uzaq olanlar birinə "kökdür, kanalı dəyişin", o birinə "Bunun saçına, saqqalına baxın" deyirdilər. Bu siyahı böyükdür... Amma indi vəziyyət dəyişib. Həmin o kəslər indi söyə-söyə əsəbdən öldürdükləri sənətkarlara bü gün "filankəslər bizim dahilərimiz olub" deyirlər, "dahilərimizdir" deyə fəxr edirlər. Mən başa düşmürəm, niyə öləndən sonra dəyərlilərimizlə fəxr etməliyik? Olmazmı nə qədər sağdı ona ruh verək ki, mədəniyyətimiz üçün bir az da çox çalışsın, ölkə naminə xeyirli işlər görsün? "

Aybəniz xanım mərhum xalq artisti Şövkət Ələkbərovanın Milli Konservatoriyaya işə götürülməməsinin səbəbini də açıqlayıb: "Mərddən namərd olmaz! 1987-ci ildə ali diplomu olmadığına görə Şövkət xanımı Milli Konservatoriyada müəllim işləməyə qoymadılar. Halbuki Konservatoriyanın nəzdindəki Bülbül adına musiqi məktəbində dərs deyirdi. Ulu öndər Heydər Əliyev məhz Şövkət xanımı yeni ifaçılıq nəslinin artırılmasında, yüksək sənət məktəbi yetişdirməsi üçün müəllim olaraq dəvət etmişdi. Sənətkarı yaşatmağı bacarın, sonra peşman olub deməyək ki, var idi!"






Fikirlər