Alimlər bunu da bacardı - Bəşəriyyəti xilas edən KƏŞF...
ABŞ alimləri süni intellektlə "acinetobacter baumannii" kimi tanınan super bakteriyaya qarşı yeni antibiotik hazırlayıblar. "AzerTaym.az" musavat.com-a istinadən xəbər verir ki, McMaster Universiteti və Massaçusets Texnologiya İnstitutundan (MIT) tədqiqatçılar sözügedən bakteriyaların müalicəsində effektiv istifadə olunacaq bir antibiotik kəşf etmək üçün süni intellektdən istifadə ediblər. Kəşf edilən yeni antibiotik dərmana davamlıdır və ölümcül virusu məhv etmək üçün istifadə olunacaq.