Azərbaycanda ilk Hava Şarları Festivalı keçirilib - FOTO
İyunun 17-18-də Azərbaycanda ilk Hava Şarları Festivalı (Balloon Festival) keçirilib. "AzerTaym.az" APA-ya istinadla xəbər verir ki, festival zamanı qonaqlar üçün konsert və əyləncə proqramları, müxtəlif mövzularda ustad dərsləri də təşkil olunub. Layihənin iştirakçılar üçün təqdimatı keçirilib, hava şarları, uçuş barədə məlumat verilib. Layihəyə dəstəyi Azərbaycan Dövlət Turizm Agentliyi, Şamaxı Rayon İcra Hakimiyyəti, Dövlət Mülki Aviasiya Agentliyi, “Azəraeronaviqasiya” Hava Hərəkəti İdarəsi (AZANS) və Heydər Əliyev Fondu göstərib. Azərbaycandakı hava şarları layihəsinə hazırlıqlar 2 il davam edib. Festivaldakı hava şarları Böyük Britaniya və Türkiyədə hazırlanıb və bu şarlar öz maraqlı dizaynları ilə də diqqətçəkən olub.