Quru sərhədlər niyə açılmır? - Deputat danışdı...
Bu gün dünyadan çox həyəcanlı xəbərlər gəlir, təhlükəsizlik məsələləri vacibdir". Yenisabah.az xəbər verir ki, bu barədə Milli Məclisin növbədənkənar sessiyasının bu gün keçirilən iclasında deputat Hikmət Babaoğlu bildirib. “Ötən gün Operativ Qərargahın nəyə görə quru sərhədlərinin bağlı qalması ilə bağlı qərar qəbul etdiyi indi hər kəsə məlum olmuşdur. Ona görə də biz bu gün ideoloji, siyasi minalardan təmizlənməyə köklənməliyik”, - deyə deputat vurğulayıb. Qeyd edək ki, Nazirlər Kabineti yanında Operativ Qərargah xüsusi karantin rejiminin oktyabr ayınadək uzadılmasına qərar verib.