Aprelin 1-dən Azərbaycanda karantin rejimi yenidən uzadılır? - AÇIQLAMA

Aprelin 1-dən Azərbaycanda karantin rejimi yenidən uzadılır? - AÇIQLAMA

Azərbaycanda gündəlik koronavirusa yoluxanların sayında kəskin artım müşahidə olunur. Belə ki, bir çoxları bu artımın aprelin 1-dən karantin rejiminin uzadılmasına səbəb olacağı ilə bağlı iddialar səsləndirir. Aprelin 1-dən Azərbaycanda karantin rejimi yenidən uzadıla bilərmi?

 "AzerTaym.az" bildirir ki, bununla bağlı Sonxeber.az-ın sualını cavablandıran deputat Ceyhun Məmmədov bildirib ki, pandemiya ilə bağlı ölkəmizdə lazım olan bütün addımlar atılmaqdadır:

"Hətta bilirsiniz ki, yanvarın 18-dən ölkəmizdə vaksinasiya da başlanılıb. Ayrı-ayrı qurumların və müəssisələrin prosesdə iştirakı təmin edilir. Amma bu gün karantin rejimi ilə bağlı konkret fikir səsləndirmək çətindir. Bilirsiniz ki, karantin rejimi ilə bağlı qərar qəbul etmək Operativ Qərargahın səlahiyyətindədir. Qərar qəbul edilən zaman epidemioloji vəziyyət analiz edilməlidir. Bu gün, təəssüf ki, yoluxma sayında artım müşahidə olunur. Gündəlik yoluxanların sayı 500-700 arası dəyişir. Bir neçə gün əvvəl isə gündəlik yoluxma sayı 100 ətrafında idi. Gündəlik yoluxanların sayındakı artım narahatedicidir".

Deputat qeyd edib ki, artıq bir neçə ölkədə karantin rejimi ilə bağlı müəyyən addımlar atılır:

"Hazırda müəyyən dövlət qurumları vəziyyəti təhlil edir. Karantin rejimi uzadılacaqmı? Buna nə qədər ehtiyac var? Bütün bunlar Operativ Qərargah tərəfindən təhlil edilərək qərar qəbul ediləcək. Amma burada reallıq odur ki, gündəlik yoluxma sayında artım var. Digər narahatedici məsələ isə bəzi insanlarda olar rahatçılıqdır. Biz qaydalara məsuliyyətsiz yanaşmamalıyıq. Gigiyenik qaydalara və Operativ Qərargahın tövsiyyələrinə əməl edilməlidir. Çünki hələ ki, təhlükə sovuşmayıb. Müəyyən iaşə obyektlərində insanlar bir yerə toplaşır. Bu da istər-istəməz yoluxma sayına ciddi təsir göstərir. Ona görə də bu məsələdə vətəndaşlarımızın üzərinə ciddi məsuliyyət düşür. Vətəndaşlarımız özlərinin və yaxınlarının sağlamlığını düşünüb, qoyulan qaydalara əməl etməlidirlər".






Fikirlər