Azərbaycanda səhiyyə ilə bağlı SEVİNDİRİCİ XƏBƏR - Onkoloji xəstələr... - VİDEO
İcbari tibbi sığortanın xidmətlər zərfi genişləndirilir. Bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin departament rəhbəri Hikmət İbrahimli bildirib. Onun sözlərinə görə, yeni xidmətlər zərfi təsdiq edilməsi üçün nazirlər kabinetinə göndərilib. Hikmət İbrahimli həkim çatışmazlığı məsələsinə də münasibət bildirərək qeyd edib ki, ölkədə terapiya və cərrahi profilli həkimlərə ehtiyac var. Departament rəhbəri əlavə edib ki, hazırda xaricdə təhsil almış və ölkəmizə qayıtmış uzmanlar bir neçə bölgədə fəaliyyətlərini davam etdirirlər. Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: