Pulun varsa, qanunların BELİNƏ MİNƏ BİLƏRSƏN… – BU NƏDİ BELƏ?
Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının sədri, tanınmış hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı olduqca ilginc bir faktın üstünü açıb. DİA.AZ bildirir ki, burada söhbət qosqoca dövlətin müvafiq qazlaşdırma siyasətinin, planlamasının yerdəki məmurlar tərəfindən AÇIQ ŞƏKİLDƏ ələ salınmasından gedir.
Açıqladığı faktla bağlı aidiyyatı üzrə xitab edən Mirvari Qəhrəmanlı bildirir: “Yazılanlar doğrudursa, bu halda qaz iyi, korrupsiya iyinə qarışmış olur!”
DİA.AZ olaraq NHMT sədrinin ona edilən müraciət əsasında açıqladığı biabırçı faktı təqdim edirik: “Ağsu Regional Qaz İstismar İdarəsinin Göyçay Xidmət Sahəsi üzrə rəis müavini işləyən Ruslan Buniyatov qaz xəttlərinin yerinin dəyişdirilməsi üçün müəyyən “razılaşma” ilə heç bir sənədləşmə aparmadan xəttlərin yerini dəyişir. Əsas işi sahibkarladı.
Belə ki, Göyçay – Bərgüşad yolunun üstündə,Göyçay rayonu Cəyirli kəndi ərazisində yerləşən Emil Plazanın sahibi Nuriyev Aydınla “razılaşma” yolu sənədləşmə işi aparmadan,güya rayon ərazisində mövcud olan sızmaların aradan qaldırılması məqsədi ilə qaz verilişini dayandıraraq daşıyıcı d159 mm-lik qaz xəttini d76 mm-lik boru ilə yol kənarına çıxarmışdır. D159 mm-lik qaz xətti rayonun Cəyirli kəndini təbii qazla təmin edir. Bunu bilən kənd camaatı payız-qış mövsümündə qaz verilişində ciddi problemlər yaranacağını nəzərə alıb Dövlət Başçısına müraciət ediblər.
Qeyd:
– Ruslan Buniyatov 2011-2013 illər ərzində Qobustan Qaz İstismar İdarəsinin rəisi işləyib, Qobulənd İstirahət Mərkəzinə sənədsi qaz çəkilişi üçün ( …….. aldığı üçün) görə işdən qovulub
-Dediyinə görə Ruslan Əliyevin komandasından deyil, adamı SOCAR da böyük vəzifədədir, ona Azəriqaz İB rəhbərlərinin gücü çatan deyil”.
İddia olunanlarla bağlı olaraq qarşı tərəfi də dinləməyə hazırıq…