BAKIDA TAKSİ XİDMƏTLƏRİ KƏSKİN BAHALAŞDI – Yeni QİYMƏTLƏR + FOTO
Azərbaycanda fəaliyyət göstərən xarici taksi şirkətləri - “Bolt”, “Uber” və “Yango”da gediş haqqı artırılıb. “AzPolitika.info” xəbər verir ki, bu barədə sosial şəbəkə istifadəçiləri məlumat veriblər. Məlumata görə, bugündən etibarən sözügedən taksi şirkətlərində minimal qiymət 2 manat 50 qəpik təşkil edəcək. Xatırladaq ki, daha əvvəl “Yango” və “Uber”də minimal gediş haqqı 1 – 1, 20 ₼, “Bolt”da isə 1,50-1,60 ₼ arasında dəyişirdi. Qeyd edək ki, hazırda digər taksi xidmətlərindən “Maxim”də minimal gediş haqqı 1 manat, “Uklon”da 1 manat 40 qəpik, “189”da isə 2 manat təşkil edir.