Nərimanovda YAP-ın 23 illiyi qeyd olundu

 

“Nərimanovda YAP-ın 23 illiyi qeyd olundu

 Bu gün Nərimanov rayonunda Yeni Azərbaycan Partiyasının yaradılmasının 23-cü ildönümünə həsr olunmuş tədbir keçirilib.

İH-dən  "AzerTaym.az"-a daxil olan məlumata görə, tədbir YAP-ın Nərimanov rayon təşkilatı və Nərimanov Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə baş tutan tədbiri İcra başçısı Abdin Fərzəliyev giriş sözü ilə açıb. Partiyanın keçdiyi yoldan və qarşılaşdığı çətinliklərdən danışan başçı prezident İlham Əliyevin rəhbərliyi ilə ölkə həyatının bütün sahələrində aparılan ardıcıl və köklü islahatların, yürüdülən daxili və xarici siyasətin dövlətçiliyimizi daha da möhkəmləndirilməsinə zəmin yaratdığını diqqətə çatdırıb.

Daha sonra çıxış edən YAP Nərimanov rayon təşkilatının sədri Təmraz Tağıyev YAP-nın Azərbaycanın aparıcı siyasi qüvvəsi oluğunu qeyd edib. Onun sözlərinə görə partiyanın artıq 20 min 835 nəfərə yaxın üzvü var və üzvlərin əksəriyyətini gənclər təşkil edir.

Tədbirin yekununda YAP-nın 23-cü ildönümü münasibəti ilə, həmçinin partiya və Nərimanov rayonunun ictimai-siyasi həyatında göstərdikləri xidmətlərinə görə fərqlənmiş şəxslər YAP Nərimanov rayon təşkilatının fəxri fərman və hədiyyələri ilə mükafatlandırılıblar.

Mükafat və hədiyyələrin təqdimatından sonra partiya sıralarına yeni qəbul olunmuş üzvlərə partiyanın vəsiqələri təqdim edilib.

Nərimanovda YAP-ın 23 illiyi qeyd olundu
Nərimanovda YAP-ın 23 illiyi qeyd olundu

 






Fikirlər