Azərbaycanda tanınmış iş adamına məxsus şirkət ləğv olundu - DETALLAR
"Nyu Sfera-İnşaat" MMC ləğv olunub.
İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, bununla bağlı şirkət özü elan edib.
Qeyd edək ki, "Nyu Sfera-İnşaat" MMC 2005-ci ilin iyulun 27-də dövlət qeydiyyatına alınıb. MMC-nin qanuni təmsilçisi Heydərov Araz Niqamət oğludur.
Xatırladaq ki, "Nyu Sfera-İnşaat" MMC-nin "Nyu Sfera Şirkətlər Qrupu"na daxil olduğu və tikinti sektorunda fəaliyyət göstərdiyi qeyd olunur.
"Nyu Sfera Şirkətlər Qrupu"nun rəhbəri isə Azərbaycanın tanınmış iş adamlarından biri olan Quliyev İman Nəsurulla oğludur.