Sumqayıt Şəhər Stadionunun açılışında məşhur müğənnilər çıxış edəcək

Sumqayıt Şəhər Stadionunun açılış matçında tanınmış ifaçılar çıxış edəcək.
Gənclərin sevimlisi olan 2 müğənni – Hiss (Röya Məmmədova) və Murad Arifin iştirakı ilə möhtəşəm konsert proqramı olacaq. Konsert “Neftçi” ilə keçiriləcək oyun öncəsi – 4 fevral tarixi saat 14.00-da başlayacaq.
Biletləri i-ticket saytından, ASAN Xidmət Sumqayıt filialından, həmçinin stadionun qarşısında quraşdırılmış kassadan ala bilərsiniz.

 

"AzerTaym.az"






Fikirlər