Klub rəhbəri faciəli şəkildə öldü ...
Azərbaycanda futbol klubunun rəhbəri faciəli şəkildə həyatını itirib. Məlumata görə, Azərbaycan II liqa təmsilçilərindən “Ağdaş” klubunun rəhbəri Rəhman Əliyev Ağdaş rayonunda su kanalında bataraq ölüb. 34 yaşlı Əliyev evliydi, 3 övladı var. Xatırladaq ki, onun dayısı oğlu 1990-cı il təvəllüdlü Rəhman Cəfər oğlu Əliyev də çayda boğularaq ölüb. /Ölkə.Az