Qəzaya uğrayan təyyarədə daha 5 nəfər Balakən rayon sakininin kimliyi məlum oldu

Qəzaya uğrayan təyyarədə daha 5 nəfər Balakən rayon sakininin kimliyi məlum oldu

Qəzaya uğrayan təyyarədə olanlardan 15 nəfəri Balakən sakinidir.

AzerTaym.az APA-ya istinadən xəbər verir ki, qəzaya uğrayan təyyarədə olan sərnişinlərdən daha beş nəfərin Balakən rayon sakini olduğu müəyyən edilib.

 

Həmin şəxslər aşağıdakılardır:

- Yadigar Seyfəddin oğlu Mehdiyev, 1988-ci il təvəllüdlü, Balakən rayonu Şambul kənd sakini;

- Ramazan Nəriman oğlu Filiyev, 1998-ci il təvəllüdlü, Balakən rayonu Şərif kənd sakini;

- Möminət Şəhmir qızı Qoqamova, 1960-cı il təvəllüdlü, Balakən rayonu Yeni Şərif kənd sakini;

- Rəna Abbas qızı Yeznəyeva, 1969-cu il təvəllüdlü, Balakən rayonu Yeni Şərif kənd sakini;

- Məhəmməd Eyvaz oğlu Paraxov, 2005-ci il təvəllüdlü, Balakən rayonu Yeni Şərif kənd sakini.

 






Fikirlər