AZƏRBAYCANLI musiqiçi İNTİHAR ETDİ
Musiqiçi Pircan Həsənov özünü öldürüb. Hadisə dünən səhər saatlarında baş verib. Klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu əməkdaşımızla söhbətində bildirib ki, P.Həsənov özünü zəhərləyib: "Qonşusu ilə arasında mübahisəsi var idi. Məhkəmə işi olub və buna cəza verilib. O da səhər durub nəsə içib və özünü öldürüb". Qeyd edək ki, sintezator ifaçısı P.Həsənov Rəşid Behbudov adına Mahnı Teatrının solisti olub. O bir çox müğənnilərin ansamblında çalışıb. (axsam.az)